Bakı, TurkicWorld
Türkiyənin 9 vilayətində FETÖ-ya qarşı keçirilən "Kıskaç-31" əməliyyatlarında 41 şübhəli saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya öz sosial media hesabında açıqlama verib.
Yerlikaya verdiyi açıqlamada, Təhlükəsizlik Baş İdarəsi Terrorla Mübarizə (TEM) Şöbəsi, Kəşfiyyat İdarəsi və Maliyyə Cinayətləri ilə Mübarizə Başçılığı (KOM) tərəfindən həyata keçirilən koordinasiyalı əməliyyatlar çərçivəsində FETÖ-nün əsas hədəf nöqtələrinin Ankara, İstanbul, Kayseri, Muş, Bursa, Aydın, İzmir, Ordu və Tekirdağ olduğunu bildirib.
O qeyd edib ki, əməliyyatlar nəticəsində 41 şübhəli saxlanılıb və hazırda bununla bağlı araşdırmalar aparılır. Şübhəlilərə qarşı təşkilatın gizli hərbi strukturunda iştirak etmək, təşkilat daxilində məsul şəxslərlə əlaqə saxlamaq,“ByLock” kripto-kommunikasiya proqramından istifadə, təşkilatın kamera evlərində qalmaq ittihamları irəli sürülüb.