Bakı, TurkicWorld
Prezident Rəcəb Tayyib Ərdoğan, İnkişaf etməkdə olan Səkkiz Ölkə Təşkilatının (D-8) 11-ci Zirvə Toplantısında iştirak etmək üçün sabah Misirə səfər edəcək.
TurkicWorld xəbər verir ki, Türkiyənin Kommunikasiya direktoru Fahrettin Altun, sosial media hesabından verdiyi açıqlamada, Prezident Ərdoğanın sabah 11-ci D-8 Təşkilatı Zirvə toplantısında iştirak edəcəyini bildirib.
Altun bildirib ki, Prezident Ərdoğan “Gənclərə sərmayə və KOBİ-lərə dəstək: Sabahın iqtisadiyyatını formalaşdırmaq” mövzusunda keçiriləcək sammitdə çıxış edəcək və Fələstin və Livandakı vəziyyətlə bağlı xüsusi sessiyada iştirak edəcək.
Sammitdə iştirak edən həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Prezident Ərdoğan, Suriya və Fələstin başda olmaqla, aktual qlobal və regional məsələlərlə bağlı dövlət və hökumət başçıları ilə fikir mübadiləsi aparacaq.