Bakı, TurkicWorld\ArabAz
İsrail müharibəsi zamanı itkin düşmüş döyüşçülərin validetinlərinin övladları haqqında hələ bir xəbər almamaları, eləcə də ölənlərin təm-təraqla deyil, sadə dəfni livanlı ailələrdə hizbə qarşı narazıçılıq yaradıb.
Çünki atəşkəs sazişinin qüvvəyə minməsindən təxminən 3 həftə keçməsinə baxmayaraq, onlarla əlaqə kəsildikdən və indiyədək cəsədləri tapılmayan mindən çox döyüşçünün taleyi hələ də məlum deyil, “Şəhid oldu” deyilənlərin isə cəsədi tapılmayıb. Bu informasiyaların Hizbullah döyüşçülərinin ailələrinə təqdim olunmaması bir çoxlarında “övladlarının” İsrail əsirliyində olması fikrini yaradıb.
Qeyd edək ki, daha öncəs İsrail də rəqəm açıqlamadan döyüşlərdə Hizbullahçıların əsir götürüldüyünü demişdi. Bəzi məlumatlarda əsir alınan Hizbullahçıların sayının yüzlərlə olduğu bildirilməkdədir.
Hizbullah keçmiş media rəsmisi Məhəmməd Afif vasitəsilə İsraildə məhbusların olduğunu etiraf etmişdi. Lakin İsrail ilə atəşkəl əldə olunduqdan sonra nədənsə İran uğrunda son livanlını belə qurban verməyə hazır olan Hizbullah bu mövzuda birdən-birə susmağı tərcih etdi. Hizbullahın sabiq lideri Həsən Nəsrullah isə, “Biz məhbuslarımızı həbsdə qoymayacağıq” demişdi.
Daha sonra isə bəlli oluh ki, tərəflər arasında əldə olunan atəşkəs müqaviləsində əsirlər haqqında heç bir söz də yoxdur.
Maraqlısı odur ki, “Qəzzaya dəstək” adı altıdna olan müharibədə ölən Hizbullah mənsublarının sayı,sayı 3000-dən çoxdur. Bununla yanaşı, itkin düşənlərin sayının ən azı 1500 olduğu gümah edilir. İtkin düşən Hizbullahçıların ailələri hələ də övladlarından xəbər ala bilmirlər.
Müharibə zamanı və ya dayandıqdan sonra kimin cəsədi tapılıbsa, onun ailəsinə üzərində “XOŞBƏXT ŞƏHİD” ifadələri yazılan tabut verilib.
Əri Hizbullah sıralarında döyüşən və sonra itkin düşən livanlı Fatimə əri ilə yenidən görüşmək ümidi ilə 60 gün gözlədi, lakin iki gün əvvəl Hizbullah tərəfindən əririnin “ İtkin Şəhid” olduğu söylənildi.
Digər bir livanlı qadın Zeynəb isə öz növbəsində qardaşı ilə bağlı ürəyini sakitləşdirəcək hər hansı xəbəri gözləyir və deyir: “Axırıncı dəfə bizimlə 75 gün əvvəl əlaqə saxlamışdı, o vaxtdan bəri ondan xəbərimiz yoxdur o, dəqiq bir yerdə idi və indiki mərhələdə ona çatmaq çətindir, gözləyir ki, İsrail ordusu geri çəkilsin. Bəlkə bundna sonra onun cəsədini tapa bildik.Amma yenə də ümidimizi itirməmişik…Şəhidlik mübarək zirvədir, yəqin ki, o məqsədinə çatıb”
Yüzlərlə ailə övladlarının taleyini öyrənmək üçün girdiyi kəndlərdən İsrail ordusunun atəşkəs razılaşmasında nəzərdə tutulduğu kimi 60 gün ərzində çəkiləcəyi və Livan ordusunun orada yerləşdiriləcəyi vədləri ilə geri çəkilməsini gözləyir.