Son dəqiqə

ABŞ Livan ABŞ Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyi (DSCA)

ABŞ Livana 90,5 milyon dollarlıq hərbi texnikanın satışını təsdiqləyib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ Dövlət Departamenti Livana dəyəri 90,5 milyon dollar olan orta sinif taktiki nəqliyyat vasitələrinin mümkün satışını təsdiqləyib.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA), Livana mümkün hərbi satışla bağlı açıqlama yayıb.

Açıqlamada, dəyəri 90,5 milyon dollar olan orta sinif taktiki nəqliyyat vasitələri və onlara aid avadanlıqların satışının, Livan Silahlı Qüvvələrinin mövcud və gələcək təhdidlərlə mübarizə qabiliyyətini artıracağı, həmçinin terrorla mübarizə tədbirlərini effektiv şəkildə həyata keçirməsinə imkan verəcəyi bildirilib.

Açıqlamada qeyd edilib ki, sözügedən satış ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyir. Satışın Livanı Yaxın Şərqdə “siyasi sabitlik və iqtisadi inkişaf üçün mühüm tərəfdaş” kimi daha da gücləndirəcəyi vurğulanıb.

Mövzuya görə xəbərlər