Bakı, TurkicWorld
Türkiyə və Ermənistanın xarici işlər nazirləri Hakan Fidanla və Ararat Mirzoyan arasında görüş keçirilib.
TurkicWorld Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş İstanbulda "3+3" regional platformasının 3-cü iclası çərçivəsində baş tutub.
Nazirlər ikitərəfli əlaqələr, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
Qeyd edək ki, Türkiyədə "3+3" regional platforması üzrə XİN rəhbərlərinin iclası başlayıb. İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edir.