Bakı, TurkicWorld
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatlarını zəiflətmək və təhlükəsizlik tədbirlərini gücləndirmək istiqamətində əməliyyatlarına davam edir.
TurkicWorld xəbər verir ki, MİT və Antalya İl Polis İdarəsi tərəfindən keçirilən uğurlu əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının Rusiya strukturunda fəaliyyət göstərən Barı İusubov ələ keçirilib.
Barı İusubovun Rusiya, Qazaxıstan, Ermənistan və İraq/Mahmur düşərgəsində PKK/KCK terror təşkilatı üçün mühüm günlərdə aparılan təbliğat işlərində iştirak etdiyi müəyyən edilib.
İusubovun qurumun yüksək vəzifəli üzvləri ilə də sıx əlaqədə olduğu və aksiyalarda fəal iştirak etdiyi məlum olub.