Son dəqiqə

Türkiyə xarici işlər nazirliyi Hakan Fidan Süni intellekt

Türkiyə süni intellekt üzərində işləməlidir - Hakan Fidan

Bakı. TurkicWorld:

Türkiyə olaraq süni intellekt üzərində işləməliyik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"Süni intellekt məsələsi o həddə çatıb ki, bir çox peşəkar qruplar işini itirib. Bu yaxınlarda süni intellektlə əməkdaşlıq edən bir ölkədə oldum. Bunların ictimaiyyətə açıqlanmayan versiyaları var. Onlardan bir neçəsini görmək imkanım oldu. Orada mühasibat əməliyyatları, memarlıq əməliyyatları, statik hesablamalar, mühəndis hesablamaları və bir çox başqa məsələlər öz-özünə həll olunur. Süni intellekt kəşfiyyat sahəsində təhlil üçün mühüm rol oynayacaq", - deyə o vurğulayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər