Son dəqiqə

İsrail ABŞ Qətər Hizbullah

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Bakı.TurkicWorld :

Birləşmiş Ştatlar Qətərdən İsrail və Hizbullah arasında münaqişənin həllinə yardım etməsini istəyib.

TurkicWorld xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Bildirilib ki, Qətər İsrail-Livan sərhədində Hizbullah və İsrail arasında gərginliyin azaldılmasına kömək etmək üçün Bayden administrasiyasından müraciət alıb.

Hizbullah sözçüsü qəzetə bildirib ki, Qəzzada müharibə tamamilə bitənə qədər Hizbullah daha geniş razılaşmaya razı olmayacaq.

Mövzuya görə xəbərlər