Son dəqiqə

İsrail Böyük Britaniya ABŞ Husilər

Husilər Britaniya, İsrail və ABŞ-lə əlaqəli dörd gəmiyə hücum ediblər

Bakı. TurkicWorld:

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər dörd gəmiyə hücum ediblər.

TurkicWorld-un məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, üsyançılar həmin gəmilərin Britaniya, İsrail və ABŞ-lə əlaqəli olduğunu düşünüblər.

O bildirib ki, "MSC Unific" konteyner gəmisi, "Delonix" və "Lucky Sailor" maye kimyəvi tankerləri, həmçinin Britaniya donanmasının bir hissəsi olan "Anvil Point" dəstək gəmisi hücuma məruz qalıb.

Mövzuya görə xəbərlər