Son dəqiqə

ABŞ Yaponiya

ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

Bakı, TurkicWorld

ABŞ yaxın bir neçə il ərzində Yaponiyada 48 ədəd beşinci nəsil F-35A qırıcıları yerləşdirməyi planlaşdırır.

TurkicWorld-un məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yaxın bir neçə il ərzində Yaponiyanın Misava Hərbi Hava Qüvvələri bazasında 48 ədəd F-35A və 36 ədəd F-16 qırıcısı yerləşdiriləcək. Eyni zamanda, onlar müvafiq olaraq Misava bazasında yerləşdirilən F-16 və F-15-ləri əvəz edəcək.

"Bu addım həm ABŞ Silahlı Qüvvələrinin potensialını, həm də iki ölkənin birgə çəkindirmə və cavab potensialını artırmaq məqsədi daşıyır", - deyə baş katib qeyd edib.

Bundan əvvəl Pentaqon da müvafiq planları açıqlamışdı.

Mövzuya görə xəbərlər