Son dəqiqə

İsrail Qəzza zolağı HƏMAS

İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

Bakı, TurkicWorld

İsrail və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs əldə etməyə yaxındır.

TurkicWorld - un məlumatına görə, bu barədə CNN telekanalı İsrail mənbəyinə istinadla məlumat yayıb.

Məlumata görə, İsrail və HƏMAS çərçivə sazişi bağlamaq ərəfəsindədir. Mənbənin qeyd etdiyi kimi, yəhudi dövləti hesab edir ki, HƏMAS-ın son cavabı tərəflərə razılığa gəlmək üçün ətraflı danışıqlara başlamağa imkan verəcək. Bununla belə, CNN sövdələşmənin taleyinin hələ həll olunmadığını vurğulayır.

Bundan əvvəl Baş nazir Binyamin Netanyahunun ofisi və "Mossad" kəşfiyyat xidməti birgə bəyanat yayaraq bildirib ki, İsrail tərəfi HƏMAS nümayəndələrindən girov müqaviləsi ilə bağlı cavab alıb.

Mövzuya görə xəbərlər