Son dəqiqə

Fələstin İsrail Səudiyyə Ərəbistanı Qəzza zolağı

Fələstinin dövlət olaraq tanınması üçün çalışırıq -Səudiyyə Ərəbistanı

Bakı, TurkicWorld

Səudiyyə Ərəbistanı Nazirlər Şurası İsrailin Fələstin xalqına qarşı hücumlarını dayandırmaq və Fələstinin beynəlxalq səviyyədə tanınmasını artırmaq üçün ciddi səylər göstərdiyini bildirib.

TurkicWorld xəbər verir ki, Səudiyyənin rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı Nazirlər Şurası vəliəhd şahzadə Məhəmməd bin Salmanın başçılığı ilə dünən Ciddədə toplaşıb.

İclasda Nazirlər Şurasının verdiyi açıqlamada qeyd olunub ki, Səudiyyə Ərəbistanı İsrailin Fələstin xalqına qarşı hücumlarını dayandırmaq üçün dostları ilə yaxın şəkildə siyasi və humanitar əməkdaşlıq səy göstərir.

Sessiyada həmçinin Fələstin dövlətinin dünya miqyasında daha çox tanınmasını dəstəkləmək üçün beynəlxalq səviyyədə hərəkət etmək səyləri və Qəzza zolağında mülki şəxslərə yardımın davam etdirilməsi müzakirə olunub.

Mövzuya görə xəbərlər