Son dəqiqə

Fələstin BMT Qəzza zolağı

İsrail-Həmas müharibəsi nəticəsində Qəzzada əhalinin 90 faizi yaşayış yerini tərk edib - BMT

Bakı, TurkicWorld

İsrail-Həmas müharibəsi nəticəsində Qəzza zolağında əhalinin 90 faizi öz yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Fələstin ərazisində Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) rəhbəri Andrea De Dominiko məlumat yayıb.

Onun sözlərinə görə, 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında hər 10 nəfərdən 9-u ən azı bir dəfə öz yaşayış yerini dəyişib.

Dominiko qeyd edib ki, hazırda Qəzza zolağında köçkünlərin sayı 1,9 milyon nəfərdir.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin qiymətləndirmələrinə görə, Qəzza zolağının şimal hissəsində 350 min nəfər qalıb və cənuba keçə bilmir.

Mövzuya görə xəbərlər