Son dəqiqə

BMT Antonio Quterreş COP29

Qazaxıstan Bakıda keçiriləcək COP29-da rolunu tam oynayacaq - BMT Baş katibi

Astana, TurkicWorld

Qazaxıstan Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) rolunu tam oynayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş "Kazinform" informasiya agentliyinə deyib.

"İqlimə gəlincə, bütün ölkələr gələn ilə qədər yeni milli tədbirlər planları təqdim etməlidir və bu planlar uzunmüddətli qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılmasına tam cavab verməlidir. Buraya qazıntı yanacağının istehsalı və istehlakının minimum 30 faiz azaldılması üzrə xüsusi planlar daxil edilməlidir. İnanıram ki, Qazaxıstan enerji keçidində, o cümlədən bu il Azərbaycanda keçiriləcək Tərəflərin Konfransında öz rolunu tam şəkildə yerinə yetirəcə", - deyə Baş katib vurğulayıb.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Mövzuya görə xəbərlər