Son dəqiqə

BMT Vladanka Andreyeva COP29 ESG

BMT-nin rezident əlaqələndiricisi Azərbaycanda "ESG" standartlarının əhəmiyyətindən danışıb

Bakı, TurkicWorld

BMT Azərbaycanın COP29-a sədrliyini dəstəkləməyə və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqinə tam sadiqdir.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı" mövzusunda ekoloji, sosial və idarəetmə (ESG) sammitində çıxışında deyib.

O qeyd edib ki, Bakıda bugünkü görüş BMT strukturlarının və "PwC" şirkətinin dəstəyilə təşkil olunub.

"Bu tədbirdə "PwC" ilə bağlı məqsədlərimiz aydındır. Bu, dialoq və əməkdaşlığa yardımdır və biz dövlət və özəl qurumların "ESG" sahəsində ideya, strategiya və qabaqcıl təcrübələrini paylaşa biləcəyi mühit qurmağa çalışırıq", V.Andreyeva deyib.

Onun sözlərinə görə, dayanıqlı inkişafa səmərəli yardım edəcək uğurlu dövlət-özəl tərəfdaşlıq (PPP) modellərini ayırd etmək və onların miqyasını artırmaq vacibdir.

"Dayanıqlı inkişaf məqsədilə dövlət-özəl tərəfdaşlığının formalaşması üzrə innovativ həlləri tətbiq etmək üçün problem və maneələri anlamaq da vacibdir", - rezident əlaqələndirici deyib.

Onun fikrincə, məzmunlu müzakirələr üçün hökumət məmurları, biznes liderləri, vətəndaş cəmiyyəti təşkilatları və elmi dairələri birləşdirmək lazımdır.

""PPP" və "ESG" barədə müzakirələr çərçivəsində COP29-da və ondan sonrakı dövrdə müəyyən edilmiş iqlim məqsədlərinə nail olmaq üçün konkret öhdəliklərin qəbulu təşviq etməlidir", - o deyib.

O, həmçinin qeyd edib ki, bunun üçün "ESG" standartlarını bilmək, "ESG" hesabatlılığı üzrə təlim keçirmək və fərdi "ESG" strategiyalarının hazırlanmasını dəstəkləmək vacibdir.

"Bizim yekun hədəfimiz Azərbaycanda "ESG" prinsip və təcrübələrinə uzunmüddətli sadiqliyi təmin edən "ESG" cəmiyyəti yaratmaqdır. Çünki "ESG" praktikalarının inteqrasiyası təkcə tələblərə riayət deyil, dəyər yaratmaq, riskləri idarə etmək və "yaşıl" və hamı üçün dayanıqlı gələcəyin yaranmasına imkan verən tədbirlərdir", - deyə V.Andreyeva əlavə edib.

Mövzuya görə xəbərlər