Son dəqiqə

Vladanka Andreyeva COP29 COP28 ESG

Vladanka Andreyeva "29 İqlim söhbəti: COP29-a gedən yol" təşəbbüsünün səmərəliliyində danışıb

Bakı, TurkicWorld

Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı" mövzusunda ekoloji, sosial və idarəetmə (ESG) sammiti BMT-nin Azərbaycanda "29 İqlim söhbəti: COP29-a gedən yol" çərçivəsində keçirilən sayca 15-ci tədbiridir.

TurkicWorld xəbər verir ki, bu barədəBMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı" mövzusunda ekoloji, sosial və idarəetmə (ESG) sammitində deyib.

""29 İqlim söhbəti: COP29-a gedən yol" təşəbbüsümüz ümummilli dialoqa, eləcə də iqlim dəyişikliyi və ədalətli keçid üzrə tədbirlərə təşəbbüs göstərməkdir", - deyə V.Andreyeva vurğulayıb.

Onun sözlərinə görə, hökumət, özəl sektor, qeyri-hökumət təşkilatları və akademik dairələrin nümayəndələri arasında bu cür görüşlər-söhbətlər COP29-un məqsədlərinin başa düşülməsini asanlaşdıracaq və iqlim dəyişikliyi ilə bağlı problemlərin təcili həlli ilə bağlı operativ şəkildə lazımi tədbirlərin görülməsinə kömək edəcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Mövzuya görə xəbərlər