Bakı,TurkicWorld
Biz artıq Türksat 6A peykimizi 8 iyul 2024-cü il tarixində ABŞ yerli vaxtıyla saat 17:20-də, Türkiyə saatı ilə isə gecə saat 00:20-də Falcon 9 raketi ilə buraxılış mərkəzindən kosmosa geri göndərəcəyik.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu deyib.
Nazir həmçinin peykin göndərilmə prosedurlarına da toxunub.
“Peyk raketdən ayrıldıqdan sonra təxminən 70-ci dəqiqədə müvəqqəti orbitinə çataraq ilk siqnalı almağı hədəfləyirik. Peykin ayrılması anından sonra siqnalın alınması, buraxılış və ayrılmanın heç bir problem olmadan uğurla həyata keçirildiyini göstərəcək”,- deyə o bildirib.
1994-cü ildə Türksat 1B ilə başlayan Türkiyənin peyk yayımı macərasını ilk yerli və milli rabitə peyki olan Türksat 6A ilə taclandırmaqdan qürur duyduqlarının vurğulayan Uraloğlu, ölkənin son illərdə peyk və kosmos texnologiyalarında əhəmiyyətli irəliləyişlər əldə etdiyini söylədi.