BAKI, TurkicWorld, Nailə Babazadə
2026 - cı ilin yanvar ayında Türkiyənin Ambarlı limanı 1 milyon 350 min 911 ton yük qəbul edib.
Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən 133 min 243 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 216 min 668 ton yük daşınıb.
2026 - ci ilin yanvar ayında Ambarlı limanından tranzit 944 min 326 ton yük aşırılıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyə limanları 4 min 43 gəmi qəbul edib.
“Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 401 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 642 olub.”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyə limanları 32 milyon 510 min 593 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 324 min 93 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 186 min 500 ton olub”, – deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2026-cı ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 857 min 573 ton transit yük daşınıb.






