Son dəqiqə

FHN

Bakıda yaşayış binasındakı yanğın söndürülüb

Bakı. TurkicWorld:

Xətai rayonu, General Şıxlınski küçəsində onaltımərtəbəli binada yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.

Nazirlikdən TurkicWorld-a verilən məlumata görə, ilkin məlumata əsasən, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilləri yanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

xxx

18:05

Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsində onaltımərtəbəli binanın şaxtasında yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə TurkicWorld-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

xxx

17:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən TurkicWorld-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Mövzuya görə xəbərlər