Bakı. TurkicWorld:
Bu gün AVRO-2024-ün 1/4 final mərhələsində növbəti oyunlar keçirilib.
TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, günə Düsseldorfda start verilib.
Son çempionatın finalçısı İngiltərə İsveçrəni sınağa çəkib. Hesabı 75-ci dəqiqədə isveçrəlilər açsalar da, 5 dəqiqə sonra ingilislər bərabərlik topunu vurublar. Yekunda qalib penalti seriyasında müəyyənləşib. Daha sərrast olan İngiltərə yığması yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin bu gün keçiriləcək son matçında Türkiyə və Niderland üz-üzə gələcək.
AVRO-2024
1/4 final
6 iyul
20:00. İngiltərə - İsveçrə - 1:1, pen. 5:3
Qollar: Bukayo Saka, 80 - Bril Embolo, 75
Baş hakim: Daniele Orsato (İtaliya)
Düsseldorf Arena