Son dəqiqə

AVRO-2024

AVRO-2024-də ikinci finalçı da müəyyənləşir

Bakı, TurkicWorld

AVRO-2024-də bu gün ikinci finalçı da müəyyənləşəcək.

TurkicWorld xəbər verir ki, yarımfinalda İngiltərə və Niderland milliləri üz-üzə gələcək.

Almaniyalı referi Feliks Şvayerin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəyə qalib gəlib. Niderland isə Türkiyədən üstün olub.

Xatırladaq ki, ötən gecə Fransaya qalib gələn (2:1) İspaniya millisi finala yüksəlib.

10 iyul

Avro-2024

Yarımfinal

23:00. Niderland - İngiltərə

Baş hakim: Feliks Şvayer (Almaniya).

Dortmund, "Siqnal İduna Park".

9 iyul

İspaniya - Fransa - 2:1

Mövzuya görə xəbərlər