Son dəqiqə

AVRO-2024

AVRO-2024: Almaniya Danimarkaya qalib gəlib

Bakı. TurkicWorld:

Almaniyada keçirilən AVRO-2024 davam edir.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, bu gün start götürən pley-off mərhələsinin ikinci matçı Dortmundda keçirilib.

Turnirin ev sahibi Almaniya Danimarka ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Hər iki qol fasilədən sonra vurulub.

Qeyd edək ki, 1/8 final mərhələsi iyulun 2-də başa çatacaq.

AVRO-2024
1/8 final
29 iyun
23:00. Almaniya - Danimarka - 2:0
Qollar:
Kai Haverts, 53 (pen.). Camal Musiala, 68
Baş hakim: Maykl Oliver (İngiltərə)
Dortmund. Vestfalenştadion

Mövzuya görə xəbərlər