Bakı. TurkicWorld:
Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lammi ilk xarici səfərini Almaniyaya edib.
Bu barədə TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir.
“Avropalı müttəfiqlərlə münasibətlərimizi bərpa etməyin vaxtı çatıb. Buna görə də mən Almaniyada xarici işlər naziri kimi ilk səfərimdəyəm”, - deyə Lammi bildirib.
O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə ümumi təhdidlərə qarşı durmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.
Qeyd edək ki, iyulun 5-də Leyboristlər Partiyasının sədri Kir Starmer ölkənin Kralı III Çarlzdan kabinet formalaşdırmaq hüququnu alaraq Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlayıb. O, David Lammini yeni hökumətdə xarici işlər naziri təyin edib.