Son dəqiqə

İsrail Misir Qəzza

Misir Qəzzada sərhəd qapılarının açılması üçün İsrailə təzyiq göstərməlisini istəyir

Bakı, TurkicWorld

Misir Qəzza zolağına hücumların dayandırılması və sərhəd qapılarının açılması üçün İsrailə təzyiq göstərilməsini tələb edib.

TurkicWorld xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamda qeyd olunub.

Bildirilib ki, xarici işlər naziri Bədr Abdulati, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland ilə telefon danışığı aparıb. Görüşdə İsrailin Qəzza zolağına hücumlarının dayandırılması və əlaqələrin davam etdirilməsinin vacibliyinə diqqət çəkilib. Mayın 7-də Rəfah Sərhəd Qapısının İsrail tərəfindən nəzarətə götürülməsi ilə humanitar yardım axınının dayandığı qeyd olunub.

“Rəfah Sərhəd Qapısının yenidən fəaliyyətə başlaması İsrailin buradan çəkilməsinə bağlıdır. İsrailin Qəzza ilə olan sərhəd qapılarını açması üçün İsrail hökümətinə təzyiq edilməlidir”. – deyə o bilidirib.

Mövzuya görə xəbərlər