Rusiya Vladimir Putin

Putin Sergey Şoyqunun köməkçilərini işdən çıxarıb

Bakı, TurkicWorld

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun köməkçiləri - Yevgeni Anoşin və Nail Muxitovu işdən azad edib.

TurkicWorld xəbər verir ki, bu barədə rus KİV-ləri məlumat yayıb.

Məlumata görə, Anoşin və Muxitovun tutduqları vəzifələrdən uzaqlaşdırılmasının səbəbi açıqlanmır.

Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifələrini kimin tutacağı hələlik məlum deyil.

Mövzuya görə xəbərlər