Bakıe TurkicWorld
2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Rusiya kapitalı ilə 89 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 503 şirkət azdır.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 121 milyon 510 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 714 milyon 505 min 305 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (52) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 34 milyon 810 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Rusiya kapitalı ilə 51 ticarət şirkəti qeydiyyata alınıb.