Son dəqiqə

Qazaxıstan

Qazaxıstanda AES üçün seçkilər keçirilir

Bakı. TurkicWorld

Qazaxıstanda ölkədə ilk atom elektrik stansiyasının tikilib-tikilməyəcəyinə qərar vermək üçün referendum keçirilir.

TurkicWorld xəbər verir ki, ümumilikdə 10 min 323 seçki qutusunun qurulduğu səsvermə yerli vaxtla saat 07:00-da başlayıb 20:00-da başa çatacaq.

Qazaxıstanın 59 ölkədəki nümayəndəliklərində də seçkilər keçirilir.

Referendumda qeydiyyatda olan 12 milyon 244 min 683 seçicinin səs verməsi gözlənilir.

Referendumu Türk Dövlətləri Təşkilatının Beynəlxalq Müşahidə Missiyası başda olmaqla 4 beynəlxalq təşkilatdan, 102 xarici müşahidəçi, 30 ölkədən isə 75 xarici müşahidəçi izləyir.

Qazaxıstan prezidenti Kasım Comert Tokayev də referendumda iştirak edib.

Paytaxt Astanada 211 saylı seçki qutusunda səs verən Tokayev daha sonra mətbuat mənsublarına açıqlama verib.

Bu günün tarixə düşəcəyini bildirən Tokayev, “ölkəmizdə atom elektrik stansiyası olub-olmayacağını vətəndaşlarımız seçəcək. Dövlət xalqın qərarı ilə hərəkət edəcək”. deyib.

Atom elektrik stansiyasının tikintisi layihəsini kim reallaşdıracaq sualını cavablandıran Tokayev, “mənim bu məsələ ilə bağlı şəxsi baxışım ondan ibarətdir ki, qlobal şirkətlərdən ibarət beynəlxalq konsorsium ən qabaqcıl texnologiyalar ilə Qazaxıstanda işləməlidir”-deyə bildirib.

Mövzuya görə xəbərlər