Son dəqiqə

Rusiya

Rusiyanın RS-28 Sarmat ballistik raketi təsadüfən partlayıb

Bakı,TurkicWorld

Rusiya Ordusunun ən qabaqcıl ballistik raket sistemlərindən biri olan RS-28 Sarmat, Plesetsk Kosmodromunda həyata keçirilən sınaq zamanı texniki nasazlıq nəticəsində partlayıb.

TurkicWorld xəbər verir ki, yayımlanan peyk görüntülərində sınaq sahəsində böyük bir krater olduğu görülüb.

“Kraterin böyüklüyü raketin silosda partladığını və sınaq sahəsini məhv etdiyini göstərir”,- deyə mütəxəssis bildirib.

RS-28 “Sarmat” çoxlu nüvə başlıqları daşıya bilən və uzaq mənzilli hədəflərə çatmaq üçün nəzərdə tutulmuş raketdir.

Qeyd edək ki, Rusiyanın strateji nüvə proqramının mühüm hissələrindən biri olan Sarmatiya raketi indiyədək yalnız bir uğurlu buraxılış həyata keçirib. Bu buraxılış 20 aprel 2022-ci ildə edilib.

Mövzuya görə xəbərlər