Son dəqiqə

ABŞ Rusiya Mariya Zaxarova

Rusiya vətəndaşlarını ABŞ-yə səfər etməməyə çağırıb

Bakı. TurkicWorld:

Rusiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını ABŞ-yə səfər etməkdən çəkinməyə çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə danışıb.

O qeyd edib ki, buna səbəb rusiyalıların həmin ölkədə saxlanılması riskinin mövcud olmasıdır.

"Rusiyalılar Amerikanın hakimiyyət və xüsusi xidmət orqanları üçün ov obyektinə çevriliblər. Ölkə vətəndaşlarına, həmçinin ABŞ ilə müttəfiq olan Avropa İttifaqı, Kanada kimi ölkələrə də səfər etməmək tövsiyə edilir", - XİN rəsmisi qeyd edib.

Mövzuya görə xəbərlər