Son dəqiqə

İran ABŞ İsveçrə Qətər İslamabad Vasitəçilik Şeyx Məhəmməd bin Əbdülrəhman bin Cassim Əl Tani İqnatsio Kassis Gərginliyin azalması

Qətər və İsveçrə ABŞ-İran vasitəçilik səylərini dəstəkləməyi müzakirə edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətər və İsveçrə hökumətləri ABŞ və İran arasında vasitəçilik səylərinin dəstəklənməsini müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, Qətər Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Cassim Əl Tani İsveçrə Xarici İşlər Federal Departamentinin rəhbəri İqnatsio Kassis ilə görüşüb.

Qətərin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə Tehran və Vaşinqton arasında İslamabad tərəfindən aparılan vasitəçilik səyləri müzakirə olunub və “gərginliyi azaltmağa yönəlmiş vasitəçilik səylərini dəstəkləmək üçün koordinasiya” mövzusunda fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər