BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Ali Rəhbərinin müşaviri Möhsün Rzayi Hörmüz boğazı üzərində İranın nəzarətini yenidən təsdiqləyib və bildirib ki, dəniz blokadasının davamına və Livandakı gərginliyin artmasına dözməyəcəklər.
TurkicWorld xəbər verir ki, Rzayi X platformasında paylaşdığı açıqlamada qeyd edib: “Dəniz blokadasının davamına imkan verməyəcəyik və Livandakı gərginliyin artmasına da dözməyəcəyik. İran Silahlı Qüvvələrinin səbrinin sərhədləri var.”
Bundan əvvəl, İran bəyan edib ki, strateji su yolundan keçən xarici ticarət və hərbi gəmilər müvafiq qaydalara əməl etməsələr, hədəf alınacaqlar. Bu xəbərdarlıq regiondakı gərginliyi artırıb və beynəlxalq dəniz nəqliyyatında risklər yaratmağa davam edir.







