Son dəqiqə

Rusiya

Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub

Bakı, TurkicWorld

Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında üzən "Florica" gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var", - agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, gəmi Rostov-na-Dondan Samsun (Türkiyə) limanına gedirmiş. Heç kim xəsarət almayıb, naviqasiya pozulmayıb. Onu sayadan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.

Mövzuya görə xəbərlər