Bakı. TurkicWorld:
Tayvanda "Kraton" tayfunu qurbanlarının sayı 4 nəfərə çatıb. İtkin düşən 2 nəfər ölü tapılıb.
Bu barədə TurkicWorld “Franceinfo”yə istinadən xəbər verir.
Məlumata görə, azı 700 nəfər yaralanıb. Təbii fəlakətdən zərər çəkən bölgələrdən 11,6 min nəfər təxliyə edilib. Yüz minlərlə ev elektrik və su təchizatında fasilələrlə üzləşib.
Qeyd edək ki, "Kraton" tayfunu 28 sentyabrda Filippin yaxınlığında yaranıb və oktyabrın 3-də Tayvanın cənub-qərb sahillərinə çatıb.