Bakı, TurkicWorld:
Çin suverenlik mübahisəsi aparan Tayvanı əhatə edən hərtərəfli hərbi təlimlərə başlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığı bəyanat yayıb.
“Tayvanın daxilində və xaricində birgə əməliyyatlarla bölmələrin real döyüş imkanları yoxlanılacaq”, – deyə Komandanlığın sözçüsü Li Xi bildirib.
Tayvan Müdafiə Nazirliyi Çin ordusunun hərbi təlimlərini pisləyən bəyanat paylaşıb.