Bakı, TurkicWorld
Çinin Sincan-Uyğur Muxtar Rayonunun Yinin şəhərindən 36 km şimal-qərbdə 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi bildirib.
Altay-Sayan qolunun operativ məlumatlarına əsasən, zəlzələnin episentri Qazaxıstanla sərhəddən təxminən 42 km aralıda yerləşib.
Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ "güclü" kimi qiymətləndirilir.