Son dəqiqə

Çin Apple

Çin təchizatımızda əsas roldadır - Apple CEO

Bakı, TurkicWorld

Əgər Çindəki təchizatçılarımız olmasaydı, Apple da olmazdı.

TurkicWorld xəbər verir ki, Apple-ın baş icraçı direktoru Tim Cook Çində keçiriləcək Çin Beynəlxalq Təchizat Zənciri Sərgisi (CISCE) öncəsi , şirkətin təchizat zəncirində Çin tərəfdaşlarının əhəmiyyətini vurğulayıb.

Cook, Çindəki tərəfdaşlarının şirkətin dəyər zəncirində mühüm yer tutduğunu qeyd edib. “Çindəki varlığımıza böyük əhəmiyyət veririk. Bu, bu il Çinə üçüncü səfərimdir. Burada möhtəşəm iş ortaqlarımız var, onlar olmadan Apple-ın mövcudluğu mümkün olmazdı.” deyə bildirərək, Apple-ın dünya üzrə əməkdaşlıq etdiyi 200 əsas təchizatçının 80%-nin Çində yerləşdiyini xatırladıb.

Cook bu il Çinə ilk dəfə mart ayında Çin İnkişaf Forumunda iştirak etmək üçün gəlmiş və Baş nazir Li Jiangla görüşmüşdü. Daha sonra Şanxayın Cing'an bölgəsində yeni Apple mağazasının açılışında iştirak etmiş və təchizatçılarla görüşlər keçirmişdi.

Tim Cook, Apple-ın son 30 ildə Çində təchizat zəncirini mərhələli şəkildə genişləndirdiyini vurğulayarq, “Dünyada bizim üçün Çindən daha kritik bir təchizat zənciri yoxdur.” deyə bildirib.

Qeyd edək ki, Cookun son səfəri, Apple-ın yeni süni intellekt xidmətlərini, o cümlədən “Apple Intelligence” platformasını smartfonlara və digər cihazlara inteqrasiya etməyə hazırlaşdığı bir dövrə təsadüf edib. Bu səfər çərçivəsində o, həmçinin Çinin sənaye və informasiya texnologiyaları naziri Çin Kaunqlonq və ticarət naziri Vanq Vintao ilə də görüşüb.

Mövzuya görə xəbərlər