Bakı, TurkicWorld
Türkiyədə 5 vilayətdə FETÖ-yə qarşı keçirilən “GÜRZ-29” əməliyyatlarında 47 şübhəli saxlanılıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, əməliyyatla bağlı açıqlamasını sosial media hesabından yayımlayıb.
Yerlikaya açıqlamasında “5 vilayətdə DEAŞ Terror Təşkilatına qarşı keçirilən “GÜRZ-29” əməliyyatlarında 47 şübhəli ələ keçirilib.
Ankara, İstanbul, Mardin, Samsun və Sakarya Respublika Prokurorluqları və Təhlükəsizlik Ümumi Müdirliyi TEM Şöbəsinin koordinasiyasında; İl Təhlükəsizlik Müdirləri TEM Şöbə Müdirlikləri tərəfindən aparılan işlər nəticəsində DEAŞ terror təşkilatına qarşı "GÜRZ-29" əməliyyatları təşkil edilib.”- deyə bildirib.
Qeyd edək ki, əməliyyatların nəticəsində lisenziyasız silahlarla çoxlu sayda təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.