Bakı,TurkicWorld
Qazaxıstanın kənd təsərrüfatı naziri Aidarbek Saparovun sədrliyi ilə Pekində keçirilən görüşdə Qazaxıstan kənd təsərrüfatı istehsalçıları Çinin on şirkəti ilə 1 milyard dollar dəyərində müqavilə imzalayıblar.
TurkicWorld xəbər verir ki, Qazaxıstanın aparıcı müəssisələrindən biri olan Aitas.kz 100 milyon dollara quş əti məhsullarının tədarükünə razılıq verib.
Çin tərəfini 40 aparıcı kənd təsərrüfatı müəssisəsi təmsil edib. Saparov Çinin Qazaxıstanın əsas xarici iqtisadi tərəfdaşlarından biri olduğunu qeyd edib.
Ötən il Çinə taxıl tədarükünün həcmi 5,5 dəfə artaraq 1,4 milyon tona çatıb.
Hər iki dövlət başçıları yaxın vaxtlarda Çin bazarına taxıl tədarükünün həcmini 2 milyon tona çatdırmaq barədə razılığa gəliblər və Qazaxıstan tərəfinin tədarükləri operativ şəkildə həyata keçirməyə hazır olduğunu əmin ediblər.
Doqquz ayın yekunlarına görə, Qazaxıstan şirkətləri Çinə 1,1 milyon ton taxıl göndərib.