Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan İordaniya

Ərdoğan İordaniya XİN ilə əməkdaşlıq əlaqələrini müzakirə edib

Bakı, TurkicWorld

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Xarici İşlər Naziri Aymen əs-Safedi qəbul edib.

TurkicWorld xəbər verir ki, görüş, Ankarada dövlət başçısının rəsmi iqamətgahında baş tutub.

Prezident Ərdoğanla görüşdə İordaniya Xarici İşlər Naziri Aymen əs-Safedi ilə yanaşı, Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, Milli Müdafiə Naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının (MİT) Direktoru İbrahim Kalın, İordaniya Baş Qərargah Rəisi General-mayor Yusuf əl-Huneyti və İordaniya Kəşfiyyat İdarəsinin Rəisi General-mayor Əhməd Hüsni də iştirak ediblər.

Görüşdə, əsasən Türkiyə ilə İordaniya arasındakı siyasi, iqtisadi və hərbi əlaqələrin inkişafı, eləcə də İordaniya-nın regional təhlükəsizlik və sabitlik məsələlərindəki rolu müzakirə olunub.

Mövzuya görə xəbərlər