Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi İsrail-İran atəşkəsi Tramp İran-İsrail müharibəsi

Ərdoğan və Tramp İranla bağlı hansı razılığa gəldilər?

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında strateji əhəmiyyətli telefon danışığı baş tutub.

TurkicWorld xəbər verir ki, liderlər ötən gecədən etibarən İranla bağlı elan edilmiş atəşkəs başda olmaqla, regiondakı son hadisələri ətraflı müzakirə ediblər.

Prezident Ərdoğan atəşkəs qərarından məmnunluğunu ifadə edərək, bütün dünya üçün olduqca çətin və gərgin keçən 40 gündən sonra yaranan bu iki həftəlik fürsət pəncərəsinin kalıcı sülh sazişi üçün maksimum dərəcədə səmərəli qiymətləndirilməsinin vacibliyini qeyd edib. O, sülh prosesinə zərər verə biləcək hər hansı təxribata və prosesin "baltalanmasına" imkan verilməməli olduğunu vurğulayıb.

Türkiyə lideri həmçinin bildirib ki, Pakistan başda olmaqla, dost və qardaş ölkələrlə birlikdə regionda böhranın həlli istiqamətində aparılan birgə səylərə Türkiyənin dəstəyi artaraq davam edəcək. Bu danışıq, beynəlxalq birliyin sülhün qalıcı olması üçün diplomatik təmasları intensivləşdirdiyi bir vaxtda Ankara və Vaşinqton arasında mühüm koordinasiya addımı kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər