BAKI,TurkicWorld, Nailə Babazadə
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ispaniyalı həmkarı Xose Manuel Albares ilə telefon danışığı aparıb.
TurkicWorld xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, tərəflər regionda sürətlə dəyişən son vəziyyəti və diplomatik prosesləri geniş şəkildə dəyərləndiriblər.
Nazir Fidan və nazir Albares bölgədəki gərginliyin azaldılması istiqamətində atılan addımlar, xüsusilə əldə olunmuş atəşkəs prosesi və bunun regional sabitliyə təsirləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin ikitərəfli münasibətlərin gücləndirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bu danışıq İspaniya Xarici İşlər nazirinin bu yaxınlarda Səudiyyə Ərəbistanına ünvanladığı yazılı müraciətdən dərhal sonraya təsadüf edir. Ankara və Madridin regionda sülhün bərqərar olması üçün aktiv diplomatiya yürütməsi hər iki ölkənin Yaxın Şərq və Aralıq dənizi hövzəsindəki strateji rolunu bir daha ön plana çıxarıb.







