Bakı. TurkicWorld
Şimali Atlantika Alyansı (NATO) Hörmüz boğazından sərbəst gəmi keçidinin təmin edilməsində dəstək verə bilər.
TurkicWorld-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark Rutte Vaşinqtonda Prezident Ronald Reyqan Fondu İnstitutunda çıxış edərkən bildirib.
O qeyd edib ki, 34 ölkədən ibarət koalisiya Hörmüz boğazından sərbəst keçidi təmin etmək üçün tədbirlər görmək imkanlarını müzakirə edir.
"Düşünürəm ki, bu, ilk addımdır. Əgər NATO kömək edə bilirsə, mütləq orada olacaq. Kömək göstərməmək üçün heç bir səbəb yoxdur. Əgər bu, faydalı olacaqsa, biz bunu mütləq edəcəyik", deyə M.Rutte bildirib.
"Amma düşünürəm ki, bunu addım-addım etməliyik, çünki bunun üçün NATO-da bütün müttəfiqlər arasında razılıq tələb olunub", - deyə baş katib əlavə edib.







