Bakı, TurkicWorld
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sosial şəbəkələrdə yayılan şayiələri təkzib edərək, 2026-cı ildə BMT-ə rəhbərlik etməyi planlaşdırmadığını bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayev yerli KİV-ə verdiyi müsahibədə bildirib.
"Mən az qala üç il BMT baş katibinin müavini və Silahsızlanma üzrə Konfransın baş katibi qismində BMT-nin Cenevrədəki ofisinə rəhbərlik etmişəm. Bundan faydalı təcrübə əldə etmişəm və beynəlxalq proseslərin mexanizmlərini öyrənmişəm. Məncə, bu artıqlaması ilə kifayət edir", - deyə qazaxıstanlı prezident vurğulayıb.
Qazaxıstanın dövlət başçısı, həmçinin, qeyd edib ki, o, əsas səyləri Qazaxıstanın inkişafına yönləndirib.
"Mənim ölkənin uzun illər davam edəcək inkişafı üçün böyük planlarım var və bu planları gerçəkləşdirmək niyyətindəyəm", - deyə Tokayev əlavə edib.