Bakı, TurkicWorld
Son 24 saat ərzində adanın ətrafında 47 Çin hərbi təyyarəsi və 12 döyüş gəmisinin müşahidə edilib.
TurkicWorld xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi bildirib ki, hadisə Tayvan prezidenti Lai Çinq-tainin xaricə səfərindən qısa müddət sonra baş verib.
Nazirliyin bəyanatına görə, Çin hərbi fəaliyyəti Tayvan prezidentinin Havay və Quama səfəri ilə əlaqəli olaraq, Pekinin mümkün hərbi manevrlərə hazırlaşdığı bir vaxtda baş verib. Çin bu səfəri kəskin tənqid edərək Tayvanın öz ərazisinin "ayrılmaz hissəsi" olduğunu vurğulayıb və suverenliyini qorumaq üçün hər hansı addım atacağını bəyan edib.
Çin hərbi təyyarələri və gəmilərinin fəaliyyəti Taypeyin silahlı qüvvələrini "yüksək hazırlıq" vəziyyətinə gətirib. Tayvan hökuməti bölgədə döyüş hazırlığı təlimləri keçirərək cavab tədbirləri gördüyünü bildirib.
Qeyd edək ki, Tayvan və Çin arasındakı gərginlik artıq uzun illərdir davam edir. 1949-cu ildə Çan Kay-Şek liderliyindəki millətçi qüvvələr Çindəki kommunist qüvvələr tərəfindən məğlub edildikdən sonra Tayvana çəkilmiş və bu, iki tərəf arasında indiyə qədər davam edən münaqişənin başlanğıcını qoymuşdur.