Son dəqiqə

Fransa Suriya

Fransa Suriyada sülh, Qafqazda müharibə istəyir

Bakı, TurkicWorld

Fransanın xarici işlər naziri Jan-Noel Barrot Bəşər Əsəd rejiminin süqut etdiyi Suriyanın ərazi bütövlüyünə hörmət edilməsini tələb edib.

TurkicWorld xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyindən verilən məlumata görə, xarici işlər naziri Jan-Noel Barrot Suriya Danışıqlar Komitəsi və onun sədri Bedir Kamyu və Suriyanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.

Suriyada illərdir hökm sürən “cəzasızlıq” sisteminə qarşı qanun və ədalət çərçivəsində mübarizə aparmağın zəruri olduğunu bildirən Barrot, Suriya nümayəndələrinin “azad, demokratik və plüralist” bir nizam yaratmaq səylərini yüksək qiymətləndirdiyini bildirib.

Bundan əlavə, Barrot Suriyadakı və xaricdəki bütün suriyalıları dinc siyasi keçidə töhfə verməyə çağırıb.

Qeyd edək ki, 8 dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.

İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.Silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb,

Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.

Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.

Mövzuya görə xəbərlər