Bakı, TurkicWorld
2024-cü ilin noyabr ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 10 milyon 687 min 378 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 6 milyon 150 min 723 nəfər, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 4 milyon 536 min 655 nəfər təşkil edib.
2024-cü ilin noyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 150 min 641 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 78 min 164 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 9 faiz artaraq, 72 min 476 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin noyabr ayı ilə müqayisədə 7 faiz artaraq, 72 min 550 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq, 41 min 297, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 31 min 253 olub.
Bu ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 432 min 282 nəfər, yük daşınması isə 4 milyon 560 min 816 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.