Son dəqiqə

Suriya

Suriyanın müvəqqəti baş naziri qaçqınları vətənə qayıtmağa çağırdı

Bakı, TurkicWorld

Suriya müvəqqəti hökumətinin baş naziri Məhəmməd əl-Bəşir milyonlarla suriyalı qaçqınların vətənə qayıtmasını təmin etməyi və vətəndaşların təhlükəsizliyini qorumağı planlaşdırır.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər veir.

"İndi Suriya azad ölkədir, öz qürurunu və özünə hörmətini bərpa edib. Geri qayıdın", – deyə o, xaricdə yaşayan bütün suriyalılara müraciət edib.

O, hökumətin bütün insanların və məzhəblərin hüquqlarına riayət olunmasını təmin edəcəyinə söz verib.

Eyni zamanda baş nazir Suriyadakı ağır maliyyə vəziyyətinə görə vətəndaşlara əsas xidmətlərin göstərilməsinin çətin olacağı barədə xəbərdarlıq edib.

"Xəzinədə yalnız Suriya valyutası var və o, demək olar ki, heç bir dəyər daşımır. Bir ABŞ dolları 35 min Suriya funtuna bərabərdir", – M. əl-Bəşir bildirib.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2023-cü ildə Suriyadan 5 milyondan çox insan qaçqın düşüb.

Mövzuya görə xəbərlər