Almaniya

Berlində Fələstinə dəstək nümayişində 10 nəfər saxlanılıb

Bakı. TurkicWorld:

Berlin hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 4-də Almaniya paytaxtının mərkəzində keçirilən Fələstin tərəfdarı nümayişdə 10 nəfəri saxlayıblar.

TurkicWorld-un məlumatına görə, bu barədə yerli polisin açıqlamasında bildirilir. Oktyabrın 4-ü axşam saatlarında Berlinin mərkəzi meydanlarından biri olan Aleksandrplatzda Fələstinə dəstək aksiyası keçirilib. 100-ə yaxın insanın iştirak etdiyi “Müharibəyə son qoyaq” adlı aksiyada dəfələrlə İsrail əleyhinə şüarlar səsləndirilib.

Polis əməkdaşları 10 nəfəri həbs etmək məcburiyyətində qalıblar. Ümumilikdə 400 Berlin polisi asayişi təmin etmək üçün orada olub. Hal-hazırda ciddi insidentin qeydə alınmadığı bildirilib.

Mövzuya görə xəbərlər