Son dəqiqə

İtaliya Almaniya

Almaniya İtaliyaya təzminat ödəyəcək

Bakı, TurkicWorld

İtaliya məhkəməsi Almaniyanın İkinci Dünya Müharibəsi zamanı İtaliyanın Pietransieri kəndində nasist qırğınında həlak olanların yaxınlarına əlavə 4 milyon avro təzminat ödəməsi barədə qərar çıxarıb.

TurkicWorld xəbər verir ki, məhkəmə Almaniyanın qətliamda yaxınlarını itirən daha 30 nəfərə 4 milyon avro təzminat ödəməsinə qərar verib.

Əvvəlki qərarda açıqlanan təzminatla ödəniləcək ümumi məbləğ 15 milyon avroya çatacaq.

Mətbuatda Avropa İttifaqının (Aİ) verdiyi Covid-19-dan sonrakı bərpa fondunda “nasist cinayətləri” üçün ayrılan hissədən İtaliyaya təzminatın yaxın aylarda Almaniya tərəfindən ödəniləcəyi bildirilib.

Qeyd edək ki, 1943-cü il noyabrın 21-də faşistlər L'Aquila şəhəri yaxınlığındakı Pietransieridəki Limmari meşəsində yerli əhalinin İtaliya müqavimətini dəstəklədiyi şübhəsi ilə qətliam törətdilər. Qətliamda 128 silahsız mülki vətəndaş həyatını itirib. Ölənlərdən 60-nın qadın, 34-nün 10 yaşa qədər uşaq və çoxlu sayda qoca olduğu bildirilib.

Mövzuya görə xəbərlər