Bakı, TurkicWorld
Almaniya kansleri Olaf Schulz və Fransa prezidenti Emmanuel Makron, Suriya prezidenti Bəşər Əsədin devrilməsi ehtimalı və sonrakı dövrdə yaranacaq vəziyyəti müzakirə ediblər.
TurkicWorld xəbər verir ki,Berlindən yayımlanan açıqlamada qeyd olunub ki, iki lider Suriyanın yeni rəhbərliyi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Açıqlamada "Onlar yeni liderlərlə əməkdaşlığın əsas insan haqları prinsiplərinə, etnik və dini azlıqların müdafiəsinə əsaslanacağı barədə razılığa gəliblər." - deyə bildirilib.
Schulz və Makron, Suriyada sülh və sabitliyin bərpa olunması üçün beynəlxalq ictimaiyyətin vahid yanaşmasının vacibliyini qeyd edərək, bu əməkdaşlığın konkret şərtlər daxilində mümkün ola biləcəyini ifadə ediblər.